Fələstin İslami Cihad Hərəkatı sionist rejimə xəbərdarlıq etdikdən sonra bu rejim ehtiyat qüvvələrini Qəzza sərhədinə çağırıb.
Az.rasthaber.com xəbər verir ki, Sionist əsgərlər dünən Cenin düşərgəsinə hücum edərək, bir fələstinlini şəhid ediblər və İslami Cihadın liderlərindən olan Bəssam Sədini həbs ediblər.
Bu hadisələr İslami Cihadın kəskin reaksiyasına səbəb olub.
İslami Cihadın xəbərdarlığından sonra işğal rejiminin əsgərləri Qəzza sərhədində həyəcan təbili çalıb və öz ehtiyat qüvvələrini Qəzza sərhədinə çağırıb.
Sionist rejim sionist yaşayış məntəqələri ətrafında da təhlükəsizlik tədbirlərini artırıb.