İsrail Parlamenti (Knesset) universitetlər də daxil olmaqla, dövlət tərəfindən maliyyələşdirilən qurumlarda Fələstin bayraqlarının asılmasını qadağan edən qanun layihəsini təsdiqləyib.
Az.rasthaber.com xəbər verir ki, Keçmiş baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi müxalifət, universitetlərdə Fələstin bayrağının asılmasına etirazlardan sonra müvafiq qanun layihəsini parlamentə təqdim edib.
Məlumata görə, qanun layihəsi 120 yerlik parlamentdə 16 əleyhinə verilmiş 63 səslə qəbul edilib.
Qanun layihəsinin qüvvəyə minməsi üçün daha 3 dəfə səsvermə keçirilməlidir.
"Biz indi dövlət tərəfindən maliyyələşdirilən qurumlarda Fələstin Azadlıq Təşkilatının bayrağının sancılmasını qadağan edən qanunu qəbul etmişik. İsrailin yalnız bir bayrağı var. Bu gün İsrail və yəhudi dövlətinin gələcəyi üçün mühüm bir gündür.