İsrail rejimi bu il Fələstində 300 binanı dağıdıb

İsrail rejimi bu il Fələstində 300 binanı dağıdıb

Birləşmiş Millətlər Təşkilatının Humanitar Koordinasiya Ofisi (OCHA) elan edib ki, İsrail işğalçı qüvvələri bu ilin əvvəlindən bəri İordan çayının qərb sahilində və Qüdsdə 300 binanı dağıdıb.

Az.rasthaber.com xəbər verir ki, OCHA-nın mövzu ilə bağlı hazırladığı hesabatda işğal rejiminin İordan çayının qərb sahili və Qüdsdə, xüsusilə də C kateqoriyalı bölgələrində həyata keçirdiyi dağıdıcı fəaliyyətlərin təhlükəsi diqqət mərkəzində olub.

Son olaraq məlumatda qeyd olunub ki, Qüdsün şərqində yerləşən Silvan rayonunun Vadi Kaddum məhəlləsində 12 mənzildən ibarət bina sökülmək təhlükəsi ilə üz-üzədir. Məlumatda bu binanın söküləcəyi təqdirdə 32 böyük və 42 uşağın evsiz qalacağı xatırladılıb. Bu binada yaşayan iki ailənin iki il əvvəl evi dağıdılandan sonra burada məskunlaşdığı və bu müddət ərzində evlərinin ikinci dəfə söküləcəyi də bildirilib.

Dünən günorta saatlarından əvvəl işğal bələdiyyəsinin bəzi üzvlərinin işğal polisinin himayəsi ilə Silvan rayonundakı binaya gələrək ölçü götürdüyü bildirilib.

Hesabatda işğal rejiminin bütün bu binaları sökmək üçün birinci dərəcədə “lisenziyasız” olması səbəbini istifadə etdiyi, fələstinlilərin isə işğal rejimindən tikinti icazəsi almasının tamamilə mümkün olmadığı vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR