İsrail rejimi “bayraq yürüşü” ilə bağlı Qüdsə əlavə üç min polis qüvvəsi cəlb edib

İsrail rejimi “bayraq yürüşü” ilə bağlı Qüdsə əlavə üç min polis qüvvəsi cəlb edib

İşğalçı İsrail hökuməti yəhudilərin “bayraq yürüşü”nün keçirilməsi ilə bağlı Qüdsə əlavə üç min polis qüvvəsi cəlb edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin “Qüds polisi” cari həftənin sonunda şəhərdə keçiriləcək “Bayraq yürüşü”nün təhlükəsizliyini təmin etmək və baş verə biləcək hər hansı bir qarşıdurmanın qarşısını almaq üçün əlavə üç min polis qüvvəsini işə cəlb edib.

Bu arada İsrail Polisi “Bayraq yürüşü”nə qatılanların əvvəldən təyin edilmiş yollardan hərəkət etmələrini və kənara çıxmamalarını istəyib.

Bundan öncə Fələstinli hərəkatlar işğal altında olan Qüdsdə “Bayraq Yürüşü”nün planlaşdırılması haqda ciddi xəbərdarlıq ediblər.

Xəbəri paylaş

VİDEOLAR