Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin Qəzza zolağına 200 gündür hücumları ilə bağlı məlumat verilib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 32 fələstinlinin şəhid olduğu, 59 fələstinlinin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, sionist İsrailin oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda şəhid olanların sayı 34 min 183-ə, yaralıların sayı isə 77 min 143-ə yüksəlib.
Qəzzada son 10 gündə öldürülənlərin sayının 469 olduğu bildirilib.
Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail əsgərlərinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.