İsrail Qəzzaya yenidən hücum edib

İsrail Qəzzaya yenidən hücum edib

İsrail rejiminə məxsus döyüş təyyarələri mühasirədə olan Qəzza zolağına hava hücumu zamanı bir bölgəni vurub.

Az.rasthaber.com xəbər verir ki, İsrailə aid döyüş təyyarələri Qəzzanın mərkəzi hissəsində Həmas-a aid bir nöqtəni hədəf alıb.

İsrail qüvvələrinin sözçüsü Aviçay Adraee iddia edib ki, sözügedən hava hücumu HƏMAS-ın güc və silahlanma səylərini əngəlləmək məqsədi daşıyır.

Şəhərin Səhiyyə Nazirliyi hücum nəticəsində ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR