İsrail Qəzzaya qarşı embarqo və məhdudiyyətləri ləğv etdi

İsrail Qəzzaya qarşı embarqo və məhdudiyyətləri ləğv etdi

Fələstin rəsmilərinin Təl-Əvivə sərt xəbərdarlığı və xalq hərəkətlərinin başlamasından sonra sionist rejim ordusu Qəzza zolağına qarşı qoyulan məhdudiyyətlərin ləğv edildiyini rəsmən elan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən verdiyi məlumata görə, sionist rejim ordusunun sözçüsü bir bəyanatda bildirib ki, təhlükəsizlik vəziyyətinin qiymətləndirilməsi prosesi başa çatdıqdan sonra Tel-Əviv, Qəzza zolağının sakinləri üçün balıq ovu sahəsini 15 dəniz milinə qədər artırmağa qərar verib.

Sionist rejim ordusunun bildirdiyinə görə, "Kərəm Əbu Salem" keçidi də Qəzzəyə mal və təchizatların gətirilməsi üçün tamamilə açıqdır.

Tel-Əviv ordusunun sözçüsü həmçinin, Qəzza zolağının su kvotasının beş milyon kubmetrə qədər artırılacağını da bildirib.

Sionist rejim Fələstin müqaviməti ilə son 12 günlük müharibədən sonra Qəzzə zolağına qarşı bir sıra məhdudiyyətlər tətbiq etdi və bu fürsətdən istifadə edərək, müqavimət həbsxanalarındakı məhbuslarını azad etmək niyyətində idi. 

Qahirədə Fələstin İslami Müqavimət Hərəkatı Həmas ilə Tel-Əviv nümayəndələri arasında aparılan bir sıra dolayı danışıqlardan sonra, müqavimətə yaxın media mənbələri, sionist rejimin Qəzzanın  tələblərini yerinə yetirməkdə gecikməyə davam etdiyini bildirdilər. Beləliklə də, Qəzzada yerləşən müqavimət qrupları, sərt bəyanatlarla Təl-Əvivə xəbərdarlıq edərək, bir neçə gün ərzində sionist sakinli qəsəbələrə bir neçə raket zərbələri endirdilər; Amma Tel -Əviv onlara cavab vermədi.

Digər tərəfdən, müqavimət Qəzza zolağının mühasirəsinə cavab olaraq, xalq hərəkatlarının başladığını rəsmən elan etdi.

Müqavimət qrupları Təl-Əvivin bu addımı ilə bağlı hələ ki, heç bir açıqlama verməyiblər.

Xəbəri paylaş

VİDEOLAR