İsrail Qəzzaya 31 mindən çox hava hücumu həyata keçirib

İsrail Qəzzaya 31 mindən çox hava hücumu həyata keçirib

Sionist İsrail rejimi Hərbi Hava Qüvvələri ötən il oktyabrın 7-dən bəri əksəriyyəti Qəzzaya olmaqla 31 mindən çox hava hücumu təşkil etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, İşğalçı İsrail ordusunun oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzzada 29 mindən çox fələstinli şəhid olub, 69 mindən çox fələstinli isə yaralanıb.

Sionist İsrail rejiminin Hərbi Hava Qüvvələri hava hücumları ilə bağlı yazılı açıqlama verib. Açıqlamada bildirilib ki, oktyabrın 7-dən bu yana Qəzzada 29 mindən çox yerə hava zərbələri endirilib. Bildirilib ki, oktyabrın 8-dən Livanda 1000-dən çox yer hədəfə alınıb. Açıqlamada Suriyada da hava hücumlarının həyata keçirildiyi, lakin onların sayı ilə bağlı məlumat verilmədiyi vurğulanıb.

Hərbi Hava Qüvvələri, pilotların bu günə qədər cəmi 186 min uçuş saatını keçdiyini və bu hücumların təxminən 7 mini Quru Qoşunlarının tələb etdiyi hücumlar olduğunu bildirib. Bildirilib ki, 31 mindən çox hava zərbəsinin 26 mini döyüş təyyarələri, qalanları isə helikopterlər və silahlı pilotsuz uçuş aparatları ilə həyata keçirilib.

Bundan əlavə, sionist İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində oktyabrın 7-dən bəri tez-tez gecə reydləri həyata keçirərək, 30-a yaxın hava hücumu təşkil etdiyini qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR