İsrail Qəzzanın şimalında daha bir məscidi bombalayıb

İsrail Qəzzanın şimalında daha bir məscidi bombalayıb

Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, sionist İsrailin döyüş təyyarələri Rəfah şəhərinin qərbində Tel əs-Sultan məhəlləsində bir evi hədəf alıb.

Az.rasthaber.com xəbər verir ki, Əbu Libde ailəsinə məxsus evin bombalanması nəticəsində biri uşaq olmaqla 4 fələstinli şəhid olub.

Sionist İsrail ordusu Qəzza zolağının şimalında bir məscidi bombalayıb

İşğalçı İsrail döyüş təyyarələri Qəzza zolağının şimalında Cibaliya Qaçqınlar Düşərgəsinin qərbində yerləşən Fahura Şəhidləri Məscidini də bombalayıb. Bombalama nəticəsində şəhid və yaralananların olduğu bildirilib.

Sionist İsrail ordusuna məxsus maşınlar Qəzzanın şimalındakı Beyt Hanun şəhərinə daxil olaraq, məcburi köçkün fələstinlilərin sığındıqları məktəbi mühasirəyə alaraq atəş açıblar.

Xəbəri paylaş

VİDEOLAR