İsrail Qəzzadan İordan çayının qərb sahilinə malların girişini dayandırıb

İsrail Qəzzadan İordan çayının qərb sahilinə malların girişini dayandırıb

Sionist İsrailin qərarı ilə sabahdan etibarən Qəzzadan İordan çayının qərb sahilinə malların girişi dayandırılacaq.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Administrasiyası nəzdində Qəzzaya Malların Girişi üzrə Koordinasiya Komitəsinin rəsmilərindən alınan məlumata görə, sionist rejim hökuməti sabahdan etibarən növbəti xəbərdarlığa qədər Qəzzadan İordan çayının qərb sahilinə Kerm Əbu Səlim Sərhəd Qapısı vasitəsilə malların girişini tamamilə dayandırmağa qərar verib.

İşğal rejimi qərara səbəb kimi Qəzzadan İordan çayının qərb sahilinə paltarda gizlədilən partlayıcıların göndərilməsini göstərib.

Qeyd edək ki, Kerm Əbu Səlim Qəzzanın çölə açılan yeganə ticarət qapısı olma xüsusiyyətinə malikdir.

Xəbəri paylaş

VİDEOLAR