İsrail Qəzzada müsəlman və xristian ibadətgahlarına zərbələr endirib

İsrail Qəzzada müsəlman və xristian ibadətgahlarına zərbələr endirib

İsrail Qəzza sektorunda müsəlman və xristian ibadətgahlarına zərbələr endirib.

Az.rasthaber.com “Anadolu”ya istinadən xəbər verir ki, yunan pravoslav kilsəsinin bombalayıb.

Bundan başqa Qəzza sektorunda yerləşən digər bir ibadətgah – əl-Öməri məscidi də İsrail qüvvələri tərəfindən vurulub.

Qeyd edək ki, İsrailin şiddətli bombardmanlarından qorunmaq üçün fələstinlilər məscidlərə və kilsələrə, həmçinin məktəblərə, xəstəxanalara sığınırlar.

İbadətgahlara edilən hücumlar nəticəsində də aralarında qadınlar və uşaqlar da olmaq çox sayda mülki şəxs qətlə yetirilib və yaralanıb.

Xatırladaq ki, beynəlxalq qaydalara əsasən, dini məkanların, xəstəxanaların və bu kimi obyektlərin vurulması qadağandır, lakin bununla İsrail bunların heç birinə məhəl qoymur. Məsələn, bir neçə gün öncə minlərlə fələstinlinin sığındığı xəstəxananı vuraraq azı 500 günahsız insanın ölümünə, yüzlərlə nəfərin isə xəsarət almasına səbəb olub.

Xəbəri paylaş

VİDEOLAR