İsrail Qəzzada mülki əhalini hədəf almağa davam edir

İsrail Qəzzada mülki əhalini hədəf almağa davam edir

Sionist rejim Qəzzada dinc əhalini hədəfə almaqda davam edir.

Az.rasthaber.com xəbər verir ki, Səhiyyə və təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, sionist rejim ordusu heç bir xəbərdarlıq etmədən Qəzzanın müxtəlif bölgələrinə intensiv hava hücumları həyata keçirib.

İlkin hesablamalara görə, yaşayış məntəqələrini hədəf alan hücumlarda 53 nəfər həyatını itirib, onlarla insan yaralanıb. Çox sayda insanın hələ də evlərin dağıntıları altında qaldığı bildirilir.

Digər tərəfdən Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə təşkil edilən hücumda daha 4 fələstinli şəhid olub.

Nazirliyin məlumatına görə, son hadisə ilə sionist qüvvələrin oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində açdığı atəş nəticəsində şəhid olan fələstinlilərin sayı 36-ya, yaralıların sayı isə 650-yə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR