İsrail Qəzzada dinc sakinləri hədəf almağa davam edir

İsrail Qəzzada dinc sakinləri hədəf almağa davam edir

Əqsa Tufanı Əməliyyatının 5-ci günündə sionist rejimin döyüş təyyarələri gecə boyu Qəzzanın qərbində mühasirədə olan məhəllə, küçə və binaları intensiv şəkildə bombalamağa davam edib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Qalant blokada altındakı Qəzza zolağına edilən hücumlarla bağlı bildirib.

"Bütün məhdudiyyətləri aradan qaldırdım. Biz bölgəyə nəzarəti ələ keçirdik və indi tam hücuma keçirik".

Bundan əlavə, İsrail ordusu qabaqcıl döyüş sursatları daşıyan ilk ABŞ təyyarəsinin ölkəyə gəldiyini açıqlayıb. “USS Gerald R. Ford” təyyarədaşıyan gəmisi və onu müşayiət edən kreyserlər və hücum gəmiləri də Şərqi Aralıq dənizinə gəlib.

Qəzzada Səhiyyə Nazirliyindən verilən açıqlamada bölgədə ölən və yaralananlar barədə məlumat verilib.

Bəyanata əsasən, sionist İsrailin oktyabrın 7-dən Qəzzaya qarşı həyata keçirdiyi hücumlarda 950 nəfər şəhid olub, 5 min nəfər isə yaralanıb.

Nazirlik əvvəlki açıqlamasında 900 nəfərin şəhid olduğunu, 4500 nəfərin yaralandığını bildirmişdi.

Xəbəri paylaş

VİDEOLAR