İsrail ordusunun Qəzza zolağının Xan Yunus şəhərindəki Nasser xəstəxanasına təşkil etdiyi hücumda 1 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail qüvvələrinin Xan Yunisdəki Nasser xəstəxanasının ortopediya şöbəsində həyata keçirdiyi hücumda bir Fələstin vətəndaşının həyatını itirdiyi, bəzilərinin isə yaralandığı açıqlanıb.
Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri də Nasser xəstəxanasından bəzi həkim və tibb bacıları ilə xəstəxanaya sığınanların bir qismini zorla uzaqlaşdıraraq, onları Rəfah şəhərinə istiqamətləndirdiyi, lakin yola çıxan onlarla insanı saxladığı bildirilib. Xəbərdə Nasser xəstəxanasının 25 gündür İsrail qüvvələrinin mühasirəsində olduğu xatırladılıb.
Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda azı 12 min 300-ü uşaq, 8 min 400-ü qadın olmaqla, 28 min 576 fələstinli həlak olub, 68 min 291 nəfər isə yaralanıb.