Sionist İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına etdiyi hücumlarda təxminən atom bombasının gücünə bərabər olan 12 min tondan çox partlayıcıdan istifadə etdiyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, İsrailin hücumları ilə bağlı Qəzzadakı hökumətin media bürosundan açıqlama verilib.
Bəyanata əsasən, uşaq qatilləri olan sionist rejim oktyabrın 7-dən bu yana Qəzzəyə 12 min tondan çox partlayıcı ilə hücum edib və hər kvadrat kilometrə təxminən 33 ton partlayıcı düşüb.
Qəzzəyə düşən ümumi partlayıcının gücünə diqqət çəkən açıqlamada, sionist İsrailin indiyədək Qəzzada istifadə etdiyi partlayıcıların miqdarının, İkinci Dünya Müharibəsində ABŞ-ın Yaponiyanın Xirosima şəhərinə atdığı atom bombasının gücünə demək olar ki, bərabər olduğu bildirilib.
Açıqlamada Qəzza zolağındakı evlərin yarısına bərabər olan 183 mindən çox evin zədələndiyi, 28 mininin isə tamamilə dağıldığı və ya yaşayış üçün yararsız olduğu bildirilib.
Sionist rejimin hücumları nəticəsində həyatını itirənlərlə bağlı bildirilib ki, oktyabr ayından Qəzza zolağında 2 min 360-ı uşaq, 1421-i qadın olmaqla 5 min 791 nəfər şəhid olub, 16 min 297 nəfər yaralanıb.
Açıqlamaya görə, İsrail 18 gündür davam edən hücumlarda Qəzzada 644 ailədən çoxu qadın və uşaq olmaqla 4292 nəfəri şəhid edib.
Qəzza zolağında hər 100 nəfərdən biri sionist rejimin hücumları nəticəsində şəhid olub və ya yaralanıb.
Bəyanata əsasən, sionist rejimin hücumları nəticəsində 75 dövlət müəssisəsi və onlarla xidmət obyekti ciddi ziyan görüb.
İbadət yerlərinin də hədəf alındığına diqqət çəkən açıqlamada bildirilib:
"Hücumlar zamanı 35 məscid tamamilə dağıdılıb, 3 kilsəyə ciddi ziyan dəyib".
Bəyanatda sionist İsrailin hücumlarında fosfor bombası kimi beynəlxalq səviyyədə qadağan olunmuş sursatlardan istifadə etdiyi bildirilib və "həyatını itirənlərin bədənlərində yanıqlar və ərimiş üzvlər müşahidə edilib" vurğulanıb.
Bəyanatda bəzi anonim Qərb media qurumları sionist İsrailin tərəfini tutduqları üçün pislənilib və bu təşkilatların "Qəzzada uşaq, qadın, qoca və mülki şəxslərin qurbanlarına qarşı cəlladın tərəfində olduqları" bildirilib.
Bəyanatda Qəzza zolağına edilən yardımların əhəmiyyəti vurğulanaraq, Rəfah Sərhəd Qapısının hər zaman açıq saxlanması, yardım və yanacağın ölkəyə girişinin qarşısının alınmaması və yaralıların Qəzzadan kənarda müalicə almasına icazə verilməsi tələb edilib.
Açıqlamaya görə, Qəzza zolağı əhalisinin 70 faizini təşkil edən 1 milyon 400 min köçkün 100-ü Qəzza şəhəri və Qəzzanın şimalında olmaqla 222 sığınacaq mərkəzində sığınacaq tapıb.
Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) sionist İsrailin hücumları səbəbiylə blokada altında olan Qəzza zolağında 600 min insanın didərgin düşdüyünü açıqlayıb.
UNRWA “Şərqi Qüds də daxil olmaqla Qəzza zolağı və Qərb Sahilində vəziyyət: 17 günlük müharibə” adlı hesabat dərc edib.
Hesabatda sionist İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumlarından sonra Qəzzada 600 min insanın didərgin düşdüyü və bu insanların UNRWA-ya aid 150 sığınacaqda sığındığı bildirilib.
Açıqlamaya görə, son 24 saat ərzində daha 10 min insan, Qəzzanın mərkəzi hissəsi ilə yanaşı, Xan Yunus və Rəfah bölgələrində isə təxminən 430 min fələstinli didərgin düşüb.
Oktyabrın 21-dən bu yana Qəzzaya 54 TIR yardım çatdırıldığı bildirilən hesabatda, xəbərdarlıq edilib ki, yanacaq təmin edilə bilməsə, UNRWA-nın yanacağı “2 günə tükənəcək”.