İsrail Qəzzada 966 məscidi dağıdıb

İsrail Qəzzada 966 məscidi dağıdıb

2024-cü ildə İsrail Qəzza sektorunda 966 məscidi dağıdıb.

Az.rasthaber.com “mehrnews”ə istinadən xəbər verir ki, bu barədə Fələstin Vəqf və Din İşlər Nazirliyi məlumat paylaşıb.

Qeyd edilib ki, ötən il ərzində İsrail ordusu Qəzza 815 məscidi tam şəkildə, 151 məscidi isə qismən dağıdıb.

Bundan başqa, İsrail əsgərləri fələstinlilərin dəfn edildiyi 19 qəbiristanlığı tam şəkildə dağıdıb.

Həmçinin İsrail tərəfindən Qəzzada 3 kilsə də yerlə yeksan edilib.

Xatırladaq ki, İsrail 2023-cü il 7 oktyabrdan bəri 45 805 günahsız qəzzalını qətlə yetirib, 109 064 nəfəri isə yaralayıb.

Xatırladaq ki, qeydedilən tarixdən bəri İsrail Qəzza sektorunu hərtərəfli – sudan, qurudan və havadan blokada altında saxlayır və bombardmana məruz qoyur. Bölgədə aclıq və susuzluq hökm sürür.

İsrailin öldürdüyü Qəzza sakinlərinin böyük hissəsini uşaqlar və qadınlar təşkil edir.

Təxminən 10 min qəzzalı isə itkin düşüb.

Müharibə davam etdiyi üçün tam dəqiq rəqəmləri səsləndirmək qeyri-mümkündür, ehtimallara əsasən, İsrailin qətlə yetirdiyi fələstinlilərin sayı açıqlanan rəsmi rəqəmlərdən bir neçə dəfə çoxdur.

Xəbəri paylaş

VİDEOLAR