İsrail Qəzzada 26 məscidi tam şəkildə dağıdıb

İsrail Qəzzada 26 məscidi tam şəkildə dağıdıb

İsrail Qəzza sektorunu bombalamağa davam edir.

Az.rasthaber.com xəbər verir ki, 7 oktyabrdan bəri – son 2 həftədə İsrail Qəzza sektorunda 26 məscidi tam şəkildə dağıdıb.

Bu barədə Qəzzadakı Vəqf Nazirliyi məlumat yayib.

Xatırladaq ki, İsrail xəstəxana, yaşayış binaları, bazar fərqi qoymadan, beynəlxalq hüquqla vurulması qadağan olan obyektləri belə hədəfə almaqdan çəkinmir. Bu qısa müddət ərzində qətlə yetirilən dinc və günahsız fələstinlilərin sayı 4500-ə çatmaqdadır, 13500-dən çox insan yaralanıb. Qətlə yetirilənlərin əksəriyyətini qadınlar və uşaqlar təşkil edir.

Xəbəri paylaş

VİDEOLAR