İsrail döyüş təyyarələri HƏMAS-ın Qəzza zolağının cənubundakı hərbi qanadına məxsus iki müşahidə məntəqəsini vurub.
Az.rasthaber.com xəbər verir ki, məsələ ilə bağlı İsrail ordusunun ''X'' sosial media platformasında açıqlama verilib.
Açıqlamada bombalanan müşahidə məntəqələrinin HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadasına aid olduğu bildirilib.
Bombalanan müşahidə məntəqələrinin Qəzzanın Qarni və Rəfah bölgələrində yerləşdiyi qeyd olunub.
Bombardman nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik heç bir məlumat verilməyib.