Sionist rejim polisi işğal altındakı Şərqi Qüdsün əsas qapılarından biri olan Bab əl-Amudda 4 fələstinlini saxlayıb.
Az.rasthaber.com xəbər verir ki, şahidlərin bildirdiyinə görə, sionist rejim qüvvələri Bab əl-Əmud bölgəsində 2 fələstinlini döyərək həbs ediblər.
Rejim qüvvələri də Məscidül-Əqsa içərisindəki Qiblə Məscidində iki fələstinlini saxlayıb və bir neçə nəfəri yenidən döyüblər.
Qeyd edək ki, sözügedən insanlar nəzarətə götürülməzdən əvvəl yüzlərlə fələstinli Ramazan bayramı tədbirləri çərçivəsində İçəri Şəhərin Bab əl-Amud bölgəsində toplaşmışdı.