İsrail qüvvələrinin dinc fələstinlilərə qarşı zülmü davam edir

İsrail qüvvələrinin dinc fələstinlilərə qarşı zülmü davam edir

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilindəki Əl-Bire şəhəri yaxınlığında avtomobili atəşə tutması nəticəsində bir fələstinli ölüb, bir fələstinli isə yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail əsgərləri Əl-Bire şəhərinin Et-Tavil dağı ərazisində inşa edilən Psagot yəhudi qəsəbəsi yaxınlığında avtomobili atəşə tutub.

Fələstin Səhiyyə Nazirliyi hücumda  Məhəmməd Cibril Rummanın öldüyünü, bir fələstinlinin isə yüngül yaralandığını açıqlayıb.

İsrail ordusunun bəyanatında Psaqot yaxınlığındakı hərbi məntəqəyə molotof kokteyli atdığı iddia edilən iki gəncin atəşə tutularaq zərərsizləşdirildiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR