İsrail qüvvələrinin bitməyən zülmü: Fələstinli uşağı vəhşicəsinə döydülər

İsrail qüvvələrinin bitməyən zülmü: Fələstinli uşağı vəhşicəsinə döydülər

Sionist işğalçı qüvvələr dünən axşam saatlarında Ramallahın qərbindəki Deyr Nizam kəndindən olan fələstinli bir oğlana vəhşicəsinə hücum edib.

Az.rasthaber.com "Palinfo"ya istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, sionist işğalçı qüvvələr Deyr Nizam kəndindən olan Adəm Mubtəsim Muzhir adlı uşağı Əl-Birədəki məktəbdən çıxdıqdan sonra, üzündə şişlik və göyərmələrə, burnunda isə qırığa səbəb olacaq şəkildə şiddətlə döyüblər.

Qeyd edək ki, İşğal altındakı İordan çayının qərb sahilində fələstinli uşaqlar tez-tez işğalçı qüvvələr və onların dəstəklədikləri yəhudi köçkün terrorçu dəstələri tərəfindən hücuma məruz qalır.

Bundan əlavə, müxtəlif insan haqları təşkilatlarının hesabatlarında, işğal qüvvələrinin fələstinli uşaqlara qarşı çox sərt davrandığı, nəzarətə alınarkən onları şiddətlə döydüyü qeyd edilib.

Qısa adı Şahid olan Fələstin İnsan Haqları Təşkilatı da həm işğalçı əsgərlərin, həm də yəhudi köçkün terrorçuların fələstinli uşaqlara qarşı hücumlarını pisləyən açıqlama verib. Təşkilat bildirib ki, bütün bu hücumlara görə sionist işğal hökuməti məsuliyyət daşıyır.

Xəbəri paylaş

VİDEOLAR