İsrail qüvvələri yenidən qərb sahilinə basqın edib

İsrail qüvvələri yenidən qərb sahilinə basqın edib

Dünən gecə İordan çayının qərb sahilində yerləşən Beytləhm şəhərinə basqın edən qəsbkar sionist rejim hərbçiləri fələstinlilərlə toqquşublar.

Az.rasthaber.com-un xəbərinə görə, Fələstinli mənbələr bildiriblər ki, sionistlər gecə ilə Beyt-Ləhmdəki bir neçə rayona basqın ediblər.

Hücumda ehtimal olunan yaralıların sayı barədə hələlik bir məlumat yayılmayıb.

Məzlum Fələstin xalqının hüquqları yetmiş ildən çoxdur ki, qəsbkar sionist rejim hərbçilərinin çəkmələri altında pozulur. Bu rejim qeyd olunan müddətdə fələstinlilərə qarşı vəhşicəsinə cinayətlər törədib.

Son zamanlar qəsbkar sionist rejimin cinayətlərini pisləyən Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq İzzəddin bildirib ki, sionistlər gec-tez öz hərəkətlərinin əvəzini ödəyəcəklər.

Xəbəri paylaş

VİDEOLAR