İsrail qüvvələri yenidən Məscidül-Əqsaya basqın edib

İsrail qüvvələri yenidən Məscidül-Əqsaya basqın edib

Sionist rejim qüvvələri bu gün səhər saatlarında işğal altındakı Qüdsdə Məscidül-Əqsanın həyətinə basqın edərək, silah gücü ilə namaz qılan fələstinliləri oradan çıxarıblar.

Az.rasthaber.com xəbər verir ki, yerli Fələstin mənbələrinin məlumatına görə, sionist qüvvələr işğal altındakı Qüdsün "Babu'l Hatta" məhəlləsinə hücum edərək, bu bölgədə yaşayan fələstinlilərlə toqquşub və bir çox yaşayış məntəqələrinə ziyan vurublar.

Dünən 50-yə yaxın sionist əsgər Məscidül-Əqsaya hücum edərək namaz qılan fələstinliləri oradan çıxarmış və aralarında qadınların da olduğu namaz qılan fələstinliləri döyüb, mobil telefonlarını əllərindən almağa çalışıblar.

Sionist mühacirlər də bu hücumlarda iştirak edib və işğalçı qüvvələrdən tam dəstək alıblar.

Digər tərəfdən, Fələstin müqavimət qrupları fələstinliləri Məscidül-Əqsanı müdafiə etmək üçün mübarək Ramazan ayında səhər namazı və etiqafa birlikdə qoşulmağa çağırıb.

Xəbəri paylaş

VİDEOLAR