İsrail qüvvələri yenidən Məscidül-Əqsaya basqın edib: 200 yaralı

İsrail qüvvələri yenidən Məscidül-Əqsaya basqın edib: 200 yaralı

İsrail qüvvələri yəhudi dini ayinlərinin əl-Əqsa məscidi ərazisində keçirilməsini, habelə “Bayraq yürüşü”nün "təhlükəsizliyini" təmin etmək üçün məscid kompleksinin ərazisinə daxil olublar. Fələstinlilərlə qarşıdurmada 200-dən çox insan yaralanıb və xəsarət alıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, ötən gün İsrail qüvvələri əl-Əqsa məscidi ərazisindən keçən “Bayraq yürüşü”nün “təhlükəsizliyini" təmin etmək üçün müdaxilə ediblər.

əl-Əqsa məscidi kompleksinin ərazisində Qüdsün küçələrində fələstinlilərlə qarşıdurma baş verib.

Yəhudilər ilk dəfə olaraq əl-Əqsa məscidi ərazisində “Sücud əl-Məlhəmi” (ərəb dilində) öz dini ayinlərini icra ediblər.

Təkcə Qüdsdə baş verən qarşıdurmalarda 200-dən çox fələstinli yaralanıb və xəsarət alıb.

Nablus, əl-Xəlil, Cenin və (işğal altında olan) İordan çayının qərb sahilindəki digər bölgələr də İsraillilərin "Bayraq yürüşü" və əl-Əqsa məscidindəki yəhudi dini ayinlərinə görə etiraz aksiyalarının və qarşıdurmaların şahidi olub. İsrailin sabiq baş naziri Benyamin Netanyahu da bu qalmaqallı yürüşə qatılıb.

Xəbəri paylaş

VİDEOLAR