İsrail qüvvələri işğal altında olan İordan çayının Qərb sahilində yerləşən Cenin şəhərinə yenidən hücum ediblər. Fələstinlilər qarşılıq veriblər.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail hərbi qüvvələri bu gün Cenin şəhərinə basqın ediblər.
Fələstinlilər İsrailin hərbi qüvvələrinin hücumuna qarşılıq veriblər.
Toqquşmalar zamanı bir fələstinli gənc həyatını itirib və ikisi yaralanıb.
İsrail qüvvələri “keçilməz qala” hesab edilən Cenin şəhərinin girəcəyində bir neçə fələstinlini həbs etməklə və geri çəkilməklə kifayətlənib.
Qeyd edək ki, iki həftə öncə Əlcəzirənin Qüds üzrə müxbiri Şirin Əbu-Aqilə məhz bu şəhərə hücum zamanı İsrail qüvvələrinin atəşi nəticəsində başından yara alaraq həyatını itirib.