İsrail qüvvələri Ramazan ayının ilk günündə bir fələstinlini qətlə yetiriblər

İsrail qüvvələri Ramazan ayının ilk günündə bir fələstinlini qətlə yetiriblər

Yerli Fələstin mənbələri İordan çayının qərb sahilinin şimal-qərbində yerləşən Tulkərim şəhərində bir fələstinli yeniyetmənin sionist əsgərlər tərəfindən güllələnərək öldürüldüyünü açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, yerli Fələstin mənbələri bu gəncin adının Əmir Əbu Xədicə olduğunu və Tulkərim Müqavimət Briqadalarının yüksək rütbəli qüvvələrindən olduğunu bildiriblər.

Fələstin Səhiyyə Nazirliyi də 25 yaşlı əmir Əbu Xədicənin şəhid olması xəbərini təsdiqləyib.

Sionist rejim ordusunun Radio Galqalatz bu gənc fələstinlinin şəhadəti ilə bağlı xəbərlərində sionist rejim ordusunun təşkil etdiyi əməliyyatda daha iki fələstinlinin həbs edildiyini açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR