İsrail qüvvələri Qəzzanı bombalamağa davam edir

İsrail qüvvələri Qəzzanı bombalamağa davam edir

Sionist İsrail və Fələstin arasında qarşıdurmalar 6-cı gündə də şiddətlənməkdə davam edir. İşğalçı rejimin döyüş təyyarələri gecə boyu Qəzza zolağını bombalayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin mətbuatının məlumatına görə, işğalçı qüvvələrin Qəzzada yaşayan dinc sakinlərə qarşı vəhşi hücumları davam edir.

Qəzzanın Səhiyyə Nazirliyi sionist İsrailin hücumları nəticəsində şəhərdə ölənlərin sayının təxminən 1200, yaralıların isə 5 minə yaxın olduğunu açıqlayıb.

Nazirlikdən verilən açıqlamada, işğal rejiminin bu hücumlarda həyata keçirdiyi qırğınlarla davamlı olaraq insanlıq əleyhinə cinayətlər törətdiyi, xüsusilə də mülki əhalinin yaşadığı binaları hədəf aldığı, ailələri kütləvi şəkildə yox etdiyi, rayonun bütün qapılarını bağladıqları, blokadanı daha da sərtləşdirdikləri, bölgənin işıq, su və ilkin ehtiyaclarını kəsdikləri vurğulandı.

Digər tərəfdən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi (UNOCHA) Qəzzada vəziyyətin çox təhlükəli olduğunu bildirərək, humanitar atəşkəsə çağırıb.

Xəbəri paylaş

VİDEOLAR