İsrail qüvvələri Qüdsün şimal-şərqində iki düşərgəni mühasirəyə alıb

İsrail qüvvələri Qüdsün şimal-şərqində iki düşərgəni mühasirəyə alıb

Sionist rejim hərbçiləri artıq ikinci gündür ki, işğal olunmuş Qüdsün şimal-şərqində iki düşərgəni mühasirəyə alıblar.

Az.rasthaber.com xəbər verir ki, "Əl-Ərəbi Əl-Cədid" portalının məlumatına görə, işğalçı İsrail qüvvələri ardıcıl bazar ertəsi günü Şüəfat qaçqın düşərgəsi və Ənata şəhərini mühasirəyə alıb. Düşərgə sakinlərinin dediyinə görə, bu mühasirə onların mənafeyinə çoxlu ziyan vurub, çünki yüzlərlə tələbə, fəhlə və qulluqçuların məktəblərinə və işlərinə getməsinə mane olub. Bundan əlavə, sionist əsgərlər düşərgənin və Ənata qəsəbəsinin girişindəki keçid məntəqələrinə çatmağa çalışan hər kəsi güllələməklə hədələyərək, tibb işçilərinin və xəstələrin xəstəxanalara çatmasının qarşısı alırlar. 

İşğal olunmuş Qüdsün şimal-şərqində yerləşən Ənata şəhəri və Şüəfat düşərgəsi bazar ertəsi günü sionist hərbçilərlə fələstinlilər arasında toqquşmalaraın şahidi olub.

Bu, qarşıdurmaların Qüdsün mərkəzindəki Əl-İsəviyyə və Silvan şəhərlərinə qədər uzandığı, nəticədə bir gəncin metal güllə ilə yaralandığı bildirilir. 

Həmçinin, bazar ertəsi səhər saatlarında işğal qüvvələri Qüdsün şimalında yerləşən Qələndiya hərbi keçid məntəqəsini bağlayıb.

Digər tərəfdən, "Şahab News" xəbər saytı bazar ertəsi axşam saatlarında işğal olunmuş Qüds şəhərində fələstinli gənclərlə sionist rejim hərbçiləri arasında şiddətli qarşıdurma olduğunu bildirib.

Yerli mənbələr fələstinli gənclərin avtomobil təkərlərini yandıraraq, işğalçı qüvvələrə daş atdıqlarını, həmçinin sionist əsgərlərin fələstinlilərə gözyaşardıcı qaz, döyüş və rezin güllələri atdıqlarını bildiriblər.

İki gün əvvəl Şuafat düşərgəsinin girişindəki hərbi keçid məntəqəsində atışma zamanı bir sionist əsgər ölüb, ikisi isə yaralanıb.

Xəbəri paylaş

VİDEOLAR