İsrail qüvvələri Qərb sahilində daha bir fələstinlini qətlə yetirdi

İsrail qüvvələri Qərb sahilində daha bir fələstinlini qətlə yetirdi

Sionist rejim qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin Əl-Bireh şəhərində bir fələstinlini şəhid ediblər.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi 23 yaşlı Yezen Ömər Hasibin Bireh şəhərinin şimal girişində sionist qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.

Fələstin xəbər agentliyi WAFA, Hasibin vurulduqdan sonra İsrail rejimi tərəfindən nəzarətə alındığını və Qızıl Ayparaya aid təcili yardımların fələstinlini xəstəxanaya aparmasına icazə verilmədiyini bildirib.

Xəbərdə həmçinin qeyd olunub ki, İsrail qüvvələri Bireh şəhərinin şimal girişini bütün giriş-çıxışlara bir saatlıq bağlayıb.

Xəbəri paylaş

VİDEOLAR