İsrail qüvvələri Qərb sahilində daha 2 fələstinlini qətlə yetirib

İsrail qüvvələri Qərb sahilində daha 2 fələstinlini qətlə yetirib

Sionist işğalçı rejim ünsürləri işğal altındakı İordan çayının qərb sahilində Nur Şəms Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini qətlə yetiriblər.

Az.rasthaber.com xəbər verir ki, Şəhid Sabit Xəstəxanasının məlumatına görə, sionist işğalçı rejim ünsürlərinin hücumları nəticəsində Nur Şəms Qaçqınlar Düşərgəsindən 2 fələstinli həyatını itirib.

Şahidlər qeyd ediblər ki, sionist işğal rejiminin ünsürləri buldozerlərlə düşərgənin küçələrinə və fələstinlilərin maşınlarına ziyan vurub.

İşğal rejimi ünsürləri fələstinlilərə atəş açıb, nəticədə 21 yaşlı Useyd Cebavi və 32 yaşlı Abdurrahman Süleyman Ebu Dağaş ağır yaralanıb.

Şəhid Sabit Sabit Dövlət Xəstəxanasına çatdırılan yaralıların həyatlarını itirdikləri öyrənilib.

Xəbəri paylaş

VİDEOLAR