İsrail qüvvələri Qərb sahilində biri uşaq olmaqla 2 fələstinlini qətlə yetirib

İsrail qüvvələri Qərb sahilində biri uşaq olmaqla 2 fələstinlini qətlə yetirib

Sionist İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində biri uşaq olmaqla 2 fələstinlini qətlə yetirib.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Ramallahın şimalındakı əl-Məzraatül Qarbiyyə kəndində fanatik yəhudi köçkünlərlə fələstinli sakinlər arasında toqquşma baş verib.

Mehdi Lədadivə adlı fələstinli yeniyetmə sionist israilli terrorçuların törətdiyi zorakılıqlarda həlak olub.

Sosial mediada yayılan görüntülərdə, sionist İsrail qüvvələrinin yaralı yeniyetməni xərəkdə xəstəxanaya aparmaq istəyən tibb işçiləri və fələstinli mülki vətəndaşlara müdaxilə edərək qarşısını aldığı görülüb.

Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, İordan çayının qərb sahilinin şimalındakı Calkiya şəhərində, Ayrılıq Divarı yaxınlığında, İsrail əsgərlərinin açdığı atəş nəticəsində 14 yaşlı fələstinli Adil İbrahim Davudun yaralandığı qeyd edilib.

Başından canlı güllə ilə yaralanan fələstinli uşağın aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

Xəbəri paylaş

VİDEOLAR