İsrail qüvvələri qızların təhsil aldığı ibtidai məktəbə hücum edib

İsrail qüvvələri qızların təhsil aldığı ibtidai məktəbə hücum edib

İşğalçı sionist rejim qüvvələri İordan çayının qərb sahilində fələstinli məktəbli qızların təhsil aldığı məktəbə gözyaşardıcı qaz bombası atıblar.

Az.rasthaber.com xəbər verir ki, şahidlərdən alınan məlumata görə, sionist İsrail qüvvələri Selfitin Karava Beni Həsən qəsəbəsinə basqın ediblər.

Reyd zamanı sionist rejim qüvvələri ilə bölgə sakinləri arasında insident yaşanıb.

Fələstin Qızıl Aypara Cəmiyyətinin bəyanatına əsasən, sionist rejim ordusunun Karava Bəni Həsən qəsəbəsindəki qızların ibtidai məktəbinə gözyaşardıcı qaz atması nəticəsində onlarla şagird boğulma təhlükəsi ilə üzləşib.

Xəbəri paylaş

VİDEOLAR