İsrail qüvvələri Nablusun cənubuna hücum edib

İsrail qüvvələri Nablusun cənubuna hücum edib

Sionist əsgərlər Nablusun cənubundakı bəzi bölgələrə basqın edərək çoxlu sayda fələstinliyə hücum ediblər.

Az.rasthaber.com xəbər verir ki, sionist əsgərlər dünən günorta saatlarında Nablusun cənubundakı Beyt Decen və Bayta qəsəbələrinə hücum edərək fələstinlilərlə toqquşublar.

Fələstin Qızıl Aypara Cəmiyyəti bu toqquşmalarda 17 nəfərin yaralandığını açıqlayıb.

Həmçinin, Ramallahdakı əl-Həbib məntəqəsində fələstinlilərlə sionist əsgərlər arasında toqquşmalar olduğu və 5 fələstinlinin yaralandığı bildirilib.

Yerli mənbələr həmçinin Qüdsün şimal-qərbindəki Beyt Ecza kəndində fələstinli gənclərlə sionist əsgərlər arasında toqquşmaların baş verdiyini bildiriblər.

Xəbəri paylaş

VİDEOLAR