İsrail qüvvələri İordan çayının qərbində 13 fələstinlini həbs edib

İsrail qüvvələri İordan çayının qərbində 13 fələstinlini həbs edib

İsrail qüvvələri bu gün sübh işğal edilmiş İordan çayının qərbində həyata keçirdiyi həbslər çərçivəsində azı 13 fələstinlini saxlayıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrail qüvvələri Ramallah, Beyt-Ləhm (Betlehəm) və Cenin də daxil olmaqla İordan çayının qərbində həyata keçirdiyi həbslər çərçivəsində azı 13 fələstinlini saxlayıb.

Onlardan biri fələstinli deputat Əhməd Atvandır.

O, Beyt-Ləhmdəki evindən aparılıb.

Qeyd edək ki, ötən gün Cenində baş verən qarşıdurmada iki fələstinli həlak olmuş və 17 nəfər yaralanmışdı. Burada da 11 nəfər həbs edilmişdi.

Dörd ərəb ölkəsinin XİN rəhbərlərinin İsrailin işğal etdiyi ərazilərdə Təl-Əvivin yüksək rəsmilərilə toplantı keçirməsindən sonra bölgədə vəziyyət gərginləşib. Bu toplantı fonunda fələstinli gənclər bir neçə bölgədə israillilərə hücum ediblər.

Xəbəri paylaş

VİDEOLAR