İsrail qüvvələri İordan çayının qərbində 17 fələstinlini həbs edib

İsrail qüvvələri İordan çayının qərbində 17 fələstinlini həbs edib

İsrail qüvvələri işğal altında olan İordan çayının qərb sahilində 17 fələstinlini həbs ediblər.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə fələstinli məhbusların işi üzrə “Nadi əl-Əsir” cəmiyyəti bəyanat verib.

Bildirilib ki, İsrail qüvvələri İordan çayının qərb sahilinin müxtəlif ərazilərinə geniş basqınlar həyata keçirərək, onlarla evdə axtarış aparıb, mənzillərin içində əşyaları ələ keçirib və sakinlərini istintaqa cəlb edib. Azı 17 fələstinli isə həbs olunaraq dindirilmək üçün təhlükəsizlik qurumlarına təhvil verilib.

Beyt-Ləhm şəhərinin şimalında yerləşən Aida düşərgəsində səhər saatlarında baş verən qarşıdurma zamanı bir fələstinli gənc İsrail qüvvələri tərəfindən ayağından vurularaq yaralanıb və o müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Eyni zamanda İsrail qüvvələrinin Cenin şəhəri və qəsəbələrinə basqını zamanı silahlı toqquşmalar başlayıb.

İsrail ordusu Ceninin Burqin kəndində açılan atəş nəticəsində gizli bölmədən bir əsgərinin yaralandığını və müalicə üçün xəstəxanaya aparıldığını açıqlayıb.

Xəbəri paylaş

VİDEOLAR