İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinli uşağı öldürüb

İsrail qüvvələri İordan çayının qərb sahilində fələstinli uşağı öldürüb

İsrail hərbçilərinin işğal altındakı İordan çayının qərb sahilində etdiyi basqın zamanı bir fələstinli uşaq ölüb, biri uşaq olmaqla 2 fələstinli yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail qüvvələri İordan çayının qərb sahilinin şimalındakı Kalkiya bölgəsindəki Azzun qəsəbəsinin şərq girişinə basqın edib.

Basqına reaksiya verən fələstinlilərlə İsrail qüvvələri arasında şiddətli qarşıdurma yaşanıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamaya görə, İsrail qüvvələrinin hücumunda kürəyindən vurulan 15 yaşlı Məhəmməd Nidal Səlim həyatını itirib, bir uşaq isə ağır yaralanıb. 

Bununla 2023-cü ilin əvvəlindən İsrail ordusu və yəhudi köçkünlərin işğal altındakı ərazilərdə açdığı atəş nəticəsində həyatını itirən fələstinlilərin sayı 68-ə yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR