Sionist rejim hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin Cənin şəhərinə basqın zamanı bir fələstinlini şəhid ediblər.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib:
"İşğal qüvvələrinin Ceninə hücumunda başından, sinəsindən və mədəsindən yaralanan Mustafa əl-Kestuni həyatını itirib".
Açıqlamaya görə, Səhiyyə Nazirliyində çalışan adı açıqlanmayan 34 yaşlı qadın mədə və döş qəfəsinə dəyən 2 güllədən xəsarət alıb.
Hadisə şahidləri İsrail qüvvələrinin çoxlu sayda hərbi maşın və buldozerlə Ceninə basqın etdiyini bildirib.
Şahidlər onlarla fələstinlinin müqavimət göstərməyə çalışdığını və Fələstin silahlı qrupları ilə İsrail qüvvələri arasında toqquşmaların başladığını bildirib.