İsrail qüvvələri İordan çayının Qərb sahilində gənc fələstinlini qətlə yetirib.
Az.rasthaber.com “Anadolu”-ya istinadən xəbər verir ki, hadisə İsrail qüvvələrinin əl-Birah şəhərində keçirdiyi reyd zamanı baş verib.
Şahidlərin sözlərinə görə, İsrail qüvvələri odlu silahla yanaşı, travmatik silah və gözyaşardıcı qazdan da istifadə ediblər.
BMT hesabatlarına əsasən, 2022-ci ilin 1 yanvar tarixindən 26 iyun tarixinədək İsrail qüvvələri Fələstin ərazilərində 1600-dək reyd keçirərək təxminən 60 fələstinlini qətlə yetirib, 6 minədək fələstinlini də yaralayıb.