İsrail qüvvələri fələstinlilərin məktəbə getməsinin qarşısını alır

İsrail qüvvələri fələstinlilərin məktəbə getməsinin qarşısını alır

Sionist qüvvələr işğal altındakı İordan çayının qərb sahilinin cənubunda müəllim və şagirdlərin 27 məktəbə getməsinə mane olub.

Az.rasthaber.com xəbər verir ki, Yatta Rayon Polis Şöbəsinin İctimaiyyətlə Əlaqələr Müdiri Cibril Debabese məsələ ilə bağlı açıqlama verib.

Debabese deyib: 

"İsrail qüvvələri Hebronun cənubundakı kənd və qəsəbələrin bütün girişlərini bağlayıb. Belə ki, bu rayonlardakı 27 məktəbə müəllim və şagirdlərin getməsinə mane olub. İsrailin bu təcrübəsi məktəbə getmək və təhsil almaq hüququnu pozur.".

Şahidlər bildiriblər ki, sionist rejim ordusu Hebronun cənubunda bir çox şəhərlərə basqın edib və kamera qeydlərini müsadirə edib.

Digər tərəfdən, sionist rejim qüvvələri müsəlmanların İordan çayının qərb sahilinin Hebron şəhərindəki Hərəmi İbrahim məscidinə girişini 2 gün müddətinə qadağan edib.

Xəbəri paylaş

VİDEOLAR