İsrail qüvvələri fələstinlilərə yenidən sərt müdaxilə edib

İsrail qüvvələri fələstinlilərə yenidən sərt müdaxilə edib

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində qaçqın düşərgəsinə təşkil etdiyi basqında 2 fələstinlini yaralayıb, 1 nəfəri də saxlanılıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata əsasən,  İsrail qüvvələri İordan çayının qərb sahilinin şərqindəki Yerixo şəhərindəki qaçqın düşərgəsinə basqın edib.
Məlumatda  İsrail qüvvələrinin düşərgəyə basqın edərək bir evi mühasirəyə aldığı, sakinlərə atəş açdığı və gözyaşardıcı qazdan istifadə etdiyi, nəticədə biri uşaq olmaqla 2 fələstinlinin yaralandığı bildirilib. Məlumatda həmçinin basqın zamanı Vail Avadat adlı vətəndaşın saxlanıldığı vurğulanıb.
Qeyd edək ki, Avadatın iki oğlu 2023-cü ilin fevralında İsrail qüvvələri tərəfindən həyata keçirilən basqın zamanı öldürülüb.

Xəbəri paylaş

VİDEOLAR