İsrail qüvvələri fələstinlilərə sərt müdaxilə edib, yaralananlar var

İsrail qüvvələri fələstinlilərə sərt müdaxilə edib, yaralananlar var

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərinə təşkil etdiyi basqında 6 fələstinli yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, şahidlərin məlumatına görə, İsrail əsgərləri yəhudilərin daşınmasının təmin edilməsi və dini ayinlərini yerinə yetirmələri üçün Nablusun şərqindəki "Yusifin məkanı" kimi tanınan əraziyə basqın ediblər.

Buna reaksiya göstərən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb. İsrail qüvvələri fələstinlilərə həqiqi və rezin güllələr və gözyaşardıcı qazla müdaxilə edib. Fələstinlilər isə İsrail qüvvələrinə daş və molotof kokteyli atıb, avtomobil təkərlərini yandırıblar.

Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada hadisə nəticəsində 3 fələstinlinin həqiqi güllə, 3 nəfərin isə qaz kapsulu və güllə parçaları ilə yaralandığı bildirilib. İsrail əsgərlərinin müdaxiləsi zamanı atılan qazdan 52 nəfər də zəhərlənib.

Xəbəri paylaş

VİDEOLAR