İşğalçı sionist rejim qüvvələri İordan çayının qərb sahilində Şimali Əqvar bölgəsində fələstinlilərə məxsus 3 evi dağıdıb.
Az.rasthaber.com xəbər verir ki, şahidlər fələstinlilərin evlərinin saxta iddialarla sionist qüvvələr tərəfindən söküldüyünə işarə edərək, işğalçı İsrail qüvvələrinin Furuş Beyt Decn yaxınlığındakı El-Çiftlik kəndində daha bir evi “lisenziyasız” olduğu səbəbilə yıxdıqlarını bildiriblər.
Fələstin, İsrail və beynəlxalq insan haqları təşkilatları Təl-Əviv hakimiyyətinin Şərqi Qüdsdə fələstinlilərin tikinti fəaliyyətlərini məhdudlaşdırdığını, digər tərəfdən, bunun yəhudi məskunlaşmalarına yol açdığını bildirir. Sionist hakimiyyət orqanları isə "qanunsuz" olduğunu iddia etdikləri evləri sökür və ya cərimə tələb edərək ev sahibini öz evini sökməyə məcbur edirlər.
BMT-nin Humanitar Əlaqələndirmə Ofisinin hazırladığı hesabata əsasən, Şərqi Qüds və İordan çayının qərb sahilinin 60 faizini təşkil edən “C” bölgəsindəki söküntülər sionist İsrail tərəfindən verilən və “fələstinlilərin əldə etməsi demək olar ki, mümkün olmayan” tikinti icazələrinin olmaması bəhanəsi ilə həyata keçirilir.
Hesabatda qeyd olunur ki, Şərqi Qüdsdəki fələstinlilərin evləri sionist hakimiyyət orqanlarına cərimə ödəməmək üçün sahibləri tərəfindən sökülüb. BMT-nin ofisi sionist rejim rəsmilərinin 2022-ci ildə 143, 2021-ci ildə isə 181 tikilinin “lisenziyasız” olduğunu iddia edərək sökdüyü məlumatını paylaşıb.