İşğal altındakı İordan çayının qərb sahilində qaniçən İsrail vəhşiliyi davam edir.
Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada daha 3 fələstinlinin İsrail tərəfindən öldürüldüyü açıqlanıb.
Sionist İsrail işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə basqın edib. Cenin şəhər mərkəzinə daxil olan İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinlinin həyatını itirdiyi, 5 fələstinlinin isə yaralandığı bildirilib.
Yerli mənbələr fələstinlilərlə İsrailli qatillər arasında həqiqi güllələrdən istifadə edərək şiddətli toqquşmaların baş verdiyini bildirib.