İsrail rejimi qüvvələri İordan çayının Qərb sahilində fələstinlilərin keçirdiyi etiraz aksiyasına müdaxilə edib.
Az.rasthaber.com AA-ya istinadən xəbər verir ki, nəticədə 13 fələstinli yaralanıb, onlarla insan isə gözyaşardıcı qazın təsirindən xəsarət alıb.
Fələstinlilər Qərb sahilində qeyri-qanuni yəhudi yaşayış məntəqələrinin inşası və genişləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər. Aksiyalar həmçinin Nablus şəhəri yaxınlığındakı Beyt və Beyt-
Dəccin yaşayış məntəqələrində də keçirilib.
Sionist rejim qüvvələri aksiyanı dağıtmaq üçün rezin güllə və gözyaşardıcı qazdan istifadə ediblər.
Həmçinin bildirilib ki, Beyt-Dəccində İsrail qüvvələri təcili tibbi yardım maşınlarını da rezin güllələrlə atəşə tutublar. Yaralılara yardım göstərən həkimlərdən biri də çiynindən yaralanıb.