İsrail qüvvələri fələstinli gəncin cənazə mərasiminə hücum edib

İsrail qüvvələri fələstinli gəncin cənazə mərasiminə hücum edib

İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirən 24 yaşlı fələstinli gəncin cənazə mərasiminə müdaxilə edilib. Onlarla fələstinli yaralanıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin Qızıl Aypara Cəmiyyəti bəyanat verib.

Bildirilib ki, İsrail qüvvələrinin atəşi nəticəsində həyatını itirmiş 24 yaşlı Vəlid Şərifin əl-Əqsa məscidi ətrafında keçirilən cənazə mərasiminə zorakı şəkildə müdaxilə edilib.

İsrail qüvvələrinin müdaxiləsi nəticəsində 45 fələstinli yaralanıb ki, onların 16-sı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Vəlid Şərif bir neçə gün öncə aldığı güllə yarasından həyatını itirib.

Tanınmış jurnalist Şirin Əbu-Aqilənin Cenin şəhərində İsrail qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra işğal altında olan ərazilərdə vəziyyət daha da gərginləşib.

Xəbəri paylaş

VİDEOLAR