İsrail qüvvələri daha bir fələstinlini yaralayıb

İsrail qüvvələri daha bir fələstinlini yaralayıb

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində bir fələstinlini yaralayıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstin dövlət televiziyasının yaydığı xəbərdə İsrail qüvvələrinin Ceninin qərbindəki Əl-Araka qəsəbəsi yaxınlığında 12 yaşlı fələstinli uşağa atəş açdığı bildirilib.
Xəbərdə fələstinli uşağın kürəyindən xəsarət aldığı vurğulanıb.
El Xəlil şəhərinin Beyt-Ummar qəsəbəsində yaşayan fələstinli aktivist Məhəmməd İyad Avad İsrail qüvvələrinin onların qəsəbəsinə basqın etdiyini bildirib.
İsrail qüvvələri ilə qəsəbə sakinləri arasında qarşıdurma olduğunu qeyd edən Avad, İsrail qüvvələrinin fələstinlilərə gözyaşardıcı qazla müdaxilə etdiyini deyib.
Avad çox sayda fələstinlinin gözyaşardıcı qazdan zəhərləndiyini deyib.
2023-cü ilin əvvəlindən etibarən İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirir.
Əsgərlər basqınlara etiraz edən fələstinlilərə həqiqi və rezin güllələrlə müdaxilə edir. Xüsusilə İordan çayının qərb sahilinin şimalındakı Cenin və Nablus bölgələrində basqınlara reaksiya verən fələstinli qruplar və İsrail əsgərləri arasında vaxtaşırı toqquşmalar yaşanır.

Xəbəri paylaş

VİDEOLAR