İsrail qüvvələri daha bir fələstinli gənci qətlə yetirib

İsrail qüvvələri daha bir fələstinli gənci qətlə yetirib

İsrail qüvvələri İordan çayının qərb sahilində baş verən toqquşmalarda 23 yaşlı fələstinli gənci qətlə yetirib.

Məhəmməd Tahir Mari bir neçə gün əvvəl sionist hərbçiləri tərəfindən şəhid edilmiş Bəra Ləhluhun əmisi oğludur.
Fələstin mənbələrinin verdiyi məlumata görə, Cenin şəhərinin bir neçə məhəlləsində bu gün baş verən silahlı qarşıdurmalarda daha bir fələstinli yaralanıb.
Sionist rejim qüvvələri dünən gecə Fələstin nömrə nişanlı avtomobillərdən istifadə edərək Cenin düşərgəsinə daxil olublar. Onlar bir neçə evi mühasirəyə alaraq dinc əhalini sorğu-suala çəkiblər. Elə qarşıdurmalar da sionist rejim hərbçilərinin qanunsuz hərəkətlərindən sonra baş verib.

Xəbəri paylaş

VİDEOLAR