İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində Hebron və Ramallah şəhərlərində açdığı atəş nəticəsində 3 fələstinli həyatını itirib.
Az.rasthaber.com xəbər verir ki, Fələstin mediasının məlumatına görə, İordan çayının qərb sahilinin Ramallah yaxınlığındakı Kafr Ayn qəsəbəsində baş verən hadisələrdə işğalçı qüvvələrin açdığı atəş nəticəsində 21 yaşlı Cavad və 22 yaşlı Zafir Əbdürrəhman Abdulcavad Rimavi qardaşları həyatını itirib.
Nazirliyin əvvəlki bəyanatında, sionist rejim qüvvələrinin gülləsindən başından ağır yaralanan fələstinli Mufid Məhəmməd Mahmud Xəlilin (44) Hebron şəhəri yaxınlığındakı Beyt Emmer qəsəbəsində öldüyü bildirilib. .