İsrail qüvvələri Cenin şəhərinə yenidən hücum edib, yaralananlar var

İsrail qüvvələri Cenin şəhərinə yenidən hücum edib, yaralananlar var

İsrail qüvvələri ilə fələstinlilər arasında Cenində yenidən silahlı qarşıdurma yaranıb. Yaralananlar var.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin hərbi qüvvələri bu gün sübh yenidən Cenin şəhərinə hücum edib.

İsrailin 40 hərbi avtomobil və zirehli texnikadan ibarət hərbi karvanı Cenin şəhərindəki düşərgəyə daxil olmağa çalışıb. Fələstinlilər yüngül çaplı silahlardan qarşılıq veriblər.

Məlumata görə, bu qarşıdurmada yaralananlar, habelə həbs edilənlər var.

Bu arada fələstinli mənbələr bildiriblər ki, İsrail qüvvələri bu gün səhər işğal altında olan İordan çayının Qərb sahili bölgələrində həyata keçirdikləri basqınlar zamanı azı 17 fələstinlini həbs ediblər.

Xəbəri paylaş

VİDEOLAR