Yəhudilər İsrail polisinin müşayiəti ilə işğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Burka kəndinə hücum ediblər.
Az.rasthaber.com xəbər verir ki, hücum nəticəsində bir fələstinli yaralanıb, 30 fələstinli isə gözyaşardıcı qazdan zəhərlənib.
Şahidlərin məlumatına görə, yəhudilər Nablus-Cenin yolunda fələstinlilərə məxsus avtomobillərə daşla, Burka kəndində isə evlərə silahla hücum ediblər.
İsrail ordusunun qüvvələri hücum zamanı gözyaşardıcı qaz, səs bombaları və həqiqi güllələrdən istifadə edib.
İsrail əsgərlərinin sərt müdaxiləsi nəticəsində bir fələstinli yaralanıb, onlarla fələstinli isə gözyaşardıcı qazdan zəhərlənib.